Accessibility links

Rusiyada həbsxanada iğtişaş və yanğın baş verib: azı bir məhbus ölüb


Rusiyanın şərqində yerləşən Sibirdə koronavirus səbəbilə karantin rejimin altında olan həbsxanada çıxan iğtişaş və yanğın nəticəsində azı bir məhbus ölüb. Bu barədə aprelin 11-də Rusiya hüquq-mühafizə orqanları xəbər verib.

Müstəqil xəbər agentlikləri İrkutsk regionunun Anqarsk şəhərində yerləşən 5 Nömrəli Həbsxanada baş verən insidentdə 300-ə yaxın məhbusun yaralandığını bildirir.

Həbsxana problem aprelin 9-da başlayıb. Rəsmilər məhbusları günahlandırıb, insan haqları fəalları isə məhbusların sistemli pis rəftara etiraz etmək üçün kütləvi şəkildə özlərinə xəsarət yetirdiyini deyiblər.

For Human Rights qeyri-hökümət təşkilatının fəalları deyir ki, Rusiyanın xüsusi qüvvələri aprelin 9-da iğtişaşı yatırmaq üçün cəzaçəkmə müəssisəsinə göndərilib.

İrkutsk regionunun Federal Penitensiar Xidmətinin sözçüsü deyib ki, iğtişaş bir məhbusun gözətçiyə hücum etməsi ilə başlayıb.

Aprelin 10-da həbsxanada yanğın baş verib və 30 min kvadrat metrlik ərazini bürüyüb. İğtişaş polisi həbsxanaya aparan yolları bağlayıb, müstəqil müşahidəçiləri geri çevirib. Yanğın aprelin 11-də səhər saatlarında söndürülüb.

Rusiya xəbər agentlikləri İrkust regionunun insan hüquqları üzrə ombudsmanı Viktor İqnatenkoya istinadən bildirib ki, dağıntılar təmizlənəndən sonra altından bir məhbusun cəsədi tapılıb. Hesabatlarda onun ölümünün səbəbi bildirilməyib.

Regional cəza xidməti aprelin 11-də vəziyyətin “nəzarət altında” olduğunu bildirib. Xidmət məhbusları yanğını başlatmaqda günahlandırıb.

Sosial mediada yerləşdirilən videolarda binaların yanğını, məhsbuların ğldürüldüklərini iddia etdiyi göstərilir.

İnsan haqları fəallarının həbsxanaya daxil olmalarına icazə verilməyib. Məhbusların qohumları və müşahidəçilər koronavirus epidemiyası səbəbilə tətbiq olunan karantin rejimi səbəbilə həbsxana ilə əlaqə saxlaya bilməyib.

İrkutsk Regionunun İstintaq Komitəsi məsələ ilə bağlı cinayət işi açıb.

Həbsxanda 1300-ə yaxın məhbus var.

XS
SM
MD
LG