Accessibility links

Rusiyada koronavirusa yoluxma faktları 90 mini keçdi


Aprelin 28-nə olan məlumata görə, Rusiyada son gündə 6411 yeni koronavirus infeksiyası aşkarlanıb. Operativ Qərargah bildirib ki, ölkədə COVID-19 olan xəstələrin ümumi sayı 93558-i ötüb. Ölənlərin sayı isə 867 nəfərə bərabərdir. Ümumilikdə isə 8456 nəfər sağalıb.

Moskva qeydə alınmış COVID-19 yoluxmalarının sayına görə ölkədə birinci yerdədir. Bir gün ərzində 3075 yeni yoluxma hadisəsi aşkar edilib. Bundan əlavə, son bir həftə ərzində paytaxtda pnevmoniya ilə xəstəxanaya yerləşdirilənlərin sayı 70 faiz artıb. Bu barədə Moskva merinin köməkçisi, sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova məlumat verib.

"Hələlik biz artım dinamikasını izləyirik ki, bu da bizi narahat etməyə bilməz" deyə, o, Rossiya 1 telekanalının “Vesti” proqramına danışıb.

Rakovanın sözlərinə görə, indi Moskvada 20 mindən çox çarpayı koronavirus xəstəlrinin qəbulu üçün hazırdır, yaxın günlərdə isə yataq tutumu 27-28 minə qədər artırılacaq. Şəhər merinin müavini xatırladıb ki, şəhərdə koronavirus diaqnozu üçün 47 kompüterli tomoqrafiya mərkəzi yaradılıb.

Anastasiya Rakova onu da əlavə edib ki, bu günə qədər koronavirus infeksiyası olan 130 nəfər artıq Moskvada qan plazması donoru olub. O, 200-dən çox potensial donorun test nəticələrini gözlədiklərini də açıqlayıb.

Merin müavininin sözlərinə görə, plazma transfuziyasından sonra koronavirus olan xəstələr daha sürətli sağalır. Rakova xatırladıb ki, 18-55 yaşlarında koronavirus infeksiyası olan, xroniki xəstəlikləri olmayan, HİV, hepatit B və C üçün mənfi testləri olan şəxs qan plazması donoru ola bilər.

"Vedomosti" şirkət nümayəndələrinə istinadən xəbər verir ki, Rusiya tibb laboratoriyalarının geniş şəbəkələri Helix, Invitro, Gemotest, KDL və LabQuest koronavirusa qarşı antitellərin kütləvi sınaqlarına başlamaq niyyətindədir. Testlərin qiyməti 950 ilə 4300 rubl arasında dəyişəcək.

XS
SM
MD
LG