Accessibility links

Rusiyada məktəbə silahlı hücum zamanı 8 nəfər öldürülüb


Rusiya rəsmiləri bildirir ki, mayın 11-də Rusiyanın cənub-şərqindəki bir məktəbdə yeddi şagird güllələnərək öldürülüb.

Moskvadan 800 kilometr uzaqda yeləşən Tatarıstan Respublikasının paytaxtı Kazanda baş verən insident zamanı azı bir müəllim də öldürülüb. Ölən şagirdlərdən dördü oğlan, üçü qızdır.

RIA dövlət agentliyinin ilkin məlumatında 11 şagirdin öldürüldüyü bildirilirdi.

Xəbərlərdə yer alan məlumatlarda bildirilir ki, hücum zamanı bəzi şagirdlər binadan qaça bilib. Rəsmilər azı 21 nəfərin, o cümlədən ən azı 12 uşağın yaralandığını xəbər verir.

Məktəbə bir neçə təcili tibbi yardım maşını göndərilib. Tatarıstanın qubernatoru Rüstəm Minnixanov müxbirlərə hücümla əlaqədar “terrorçu” adlandırdığı 19 yaşlı bir şəxsin saxlandığını deyib.

Rusiyada kütləvi atışmalar nadir baş verir.

Kreml bildirib ki, Prezident Vladimir Putin çərşənbə axşamı baş verən tələfatlı silahlı hücumdan sonra ölkədə silahlara nəzarət qanunlarının yenidən nəzərdən keçirilməsinə çağırıb.

XS
SM
MD
LG