Accessibility links

Rusiyada minlərlə insan Kremlin tənqidçisi Boris Nemtsovun xatirəsini yad edib


Moskvanın mərkəzində minlərlə insan ölümünün altıncı ildömünündə Rusiyanın müxalifət lideri Boris Nemtsovun xatirəsini yad edib.

Müxalifət tərəfdarlarI Nevtsovun 2015-ci ilin fevralın 27-də güllələnərək qətlə yetirildiyi Kremlə yaxın məsafədə yerləşən Bolşoy Moskvoretsi Körpüsünə çiçəklər qoyublar.

Nemtsov Rusiya Prezidenti Vladimi Putinin sərt tənqidçisi idi.

Anım mərasimində bir neçə Qərb ölkəsinin, o cümlədən Birləşmiş Ştatlar və Britaniyanın səfirləri də iştirak ediblər.

Nemtsovun ildönümündə adətən Moskvanın mərkəzində yürüş keçirilir. Lakin koronavirus pandemiyası səbəbilə böyük toplantılara qoyulan məhdudiyyətlərə görə müxalif fəallar körpüdə özlərinin hazırladıqları memorialda toplaşıblar.

İctimai mitinqlərdə iştirakçıların sayını hesablayan Belıy Sçetçik təşkilatı yerli vaxtla gündüz saat 3:30-a kimi tədbirdə təxminən 4600 nəfərin iştirak etdiyini bildirib.

“Biz hər il bu gün rəsmilərə unutmadığımızı və unutmayacağımızı göstərmək üçün burada bir araya gəlirik,” müxalif siyasətçi və sabiq Baş Nazir Mixail Kasyanov fevralın 27-də AFP-yə bildirib. “Mən əminəm ki, Borisin uğrunda mübarizə apardığı rusiyalılar üçün azadlıq, rifah və ləyaqətli həyat yaxında mümkün olacaq.”

ABŞ Səfirliyinin sözçüsü Rebekka Ross “Twitter”də yazıb ki, ABŞ səfiri Con Sallivan “ölkəsi üçün daha yaxşı həyat axtarışında olan” Nemtsovun “qəddar qətli”ni qeyd edib.

“O, ədalət, şəffaflıq, azadlıq uğrunda mübarizə aparan hər kəs üçün ilham mənbəyi olaraq qalır,” o yazıb.

"Biz Nemtsovu yad etdiyimiz zaman bir daha insan haqları və fundamental azadlıqlara olan sarsılmaz öhdəliyimizi ifadə edirik,” ABŞ Dövlət katibi Entoni Blinken bəyanatında bildirib. “Rusiya hökumətinin müstəqil ifadənin bütün formalarına qarşı artan dözümsüzlüyü bizi dərindən narahat etməyə davam edir.”

Nemtsovun ölümünün ildönümü Rusiyanın müxalif siyasi lider Aleksey Navalnını həbs edib, onun müttəfiqlərini təqib etdiyi vaxta təsadüf edib.

Rusiya müxalifətinin lideri Aleksey Navalnı
Rusiya müxalifətinin lideri Aleksey Navalnı

Ötən həftə Moskva məhkəməsi fevran ayında Navalnıya daha öncə ona qarşı sürülən mənimsəmə ittihamı ilə əlaqədar tətbiq olunan 2 il yarımlıq həbs cəzasını qüvvədə saxlayıb.

Rusiya müxalifəti tərəfdarlarını Nemtsovun xatirəsini anmaq üçün Bolşoy Moskvoretski Körpüsündə toplaşmağa amma mitinq keçirməməyə çağırıb.

Navalnın müttəfiqləri yaza qədər etirazları təxirə salıb, çünki daha öncə hüquq-mühafizə orqanları bır sıra nümayişlərdə zorakı cavab tədbirləri görərək, ondan çox şəhərdə 10 minə yaxın insanı saxlayıb və onların çoxuna qarşı inzibati və cinayət işi açıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG