Accessibility links

Rusiyada uşaqlarla dolu qayığın batması ilə əlaqədar cinayət işi açılıb


Rusiya rəsmiləri bazar günü ölkənin şimalında yay düşərgəsində dincələn azı 14 uşağın göldə qayıqların aşması nəticəsindən batmasından bir neçə saat sonra hadisə ilə əlaqədar cinayət işi açıb.

Rusiyanın baş istintaq idarəsinin sözçüsü deyib ki, hadisə şənbə günündən bazar gününə keçən gecə Finlandiya sərhədindən 120 kilometr şərqdə yerləşən Kareliya Respublikasının Syamozero gölündə baş verib.

Sözçünün bildiridiyinə görə, hadisə baş verən zaman dörd qayıqda 47 uşaq və 4 təlimçi olub.

Düşərgə heyətininin dörd üzvü, eləcə də qayıqla ekskursiyasını təşkil edən iki şəxs sorğu-sual edilmək üçün saxlanılıb.

Yerli qanunverici Rossiya 24 kanalına bildirib ki, son günlər ərzində həmin ərazidə Atlantik okeanından fırtınanın yaxınlaşdığı və qayıqçılara 270 kvadrat sahəsi ərazisi olan göldən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Yerli ekspertlərin dediyinə görə, güclü küləklərin olduğu vaxt göldə üzmək təhlükəli ola bilər və həftə sonu hətta təcrübəli yerli balıqçılar belə sudan uzaq durmağa çalışır.

Rusiyanın federal turizm agentliyinin hesabatında hadisə qurbanlarının 12-15 yaşlarında olduğu və onların arasında kimsəsiz və azgəlirli ailələrin uşaqlarının olduğu qeyd edilib.

XS
SM
MD
LG