Accessibility links

Rusiyada saxlanmış amerikalının ailəsi onun casus olmadığını deyir


ABŞ-ın Moskvadakı səfirliyinin binası
ABŞ-ın Moskvadakı səfirliyinin binası

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanılan ABŞ vətəndaşının ailəsi bildirir ki, o, günahsızdır və Moskvaya toyda iştirak etmək üçün getmişdi.

Ailəsinin yanvarın 1-də verdiyi məlumata görə, ordudan tərxis edilmiş Pol Uhelanla son dəfə dekabrın 28-də əlaqədə olublar.

Ailənin verdiy bəyanatda deyilir ki, o, səfərdə olanda da bu qədər müddətdə evlə əlaqəsiz olmurdu:

“Biz onun təhlükəsizliyindən və vəziyyətindən dərindən narahatıq. Onun günahsızlığı şübhəsizdir və biz inanırıq ki, onun hüquqlarına hörmət ediləcəkdir”.

Rusiya mediası yazır ki, təqsiri sübut olunarsa təqaüddə olan dəniz donanması qulluqçusu Uhelanı 10 ildən 20 ilədək həbsxana cəzası gözləyə bilər.

Devid Uhelan AzadlıqRadiosuna deyib ki, onun qardaşı texniki ehtiyat hissələrinin təchizatı ilə məşğul BorgWarner şirkəti ilə “mühafizəçi müqaviləsinə” malikdir.

Rusiyanın dövlət Rostec konqlomeratı 2013-cü ildə bildirirdi ki, onun Kamaz avtomobil zavodunun BorgWarnerTurboSystems kimi tanınan BorgWarner şirkəti ilə uzun illər əməkdaşlığı olub.

BorgWarner firmasından Pol Uhelanın bu şirkətlə əlaqəsi və həbsinə dair hələlik şərh almaq mümkün olmayıb.

Uhelanın saxlanmasından bir gün əvvəl prezident Vladimir Putin ABŞ prezidenti Donald Trampa Yeni il təbrikində yazıb ki, Moskva Vaşinqtonla dialoqa hazır olaraq qalır.

ABŞ Dövlət Departamenti bildirib ki, “ABŞ vətəndaşının Rusiya hakimiyyət orqanları tərəfindən saxlanmasından xəbərdardır” və bu barədə Rusiya Xarici İşlər Nazirliyindən rəsmi bildiriş alıb. Dövlət Departamentinin bu barədə məlumatında deyilir:

“Rusiyanın Vyana Konvensiyası üzrə öhdəlikləri saxlanan şəxsə konsulla təmas verilməsini tələb edir. Biz belə bir təması istəmişik və Rusiya hakimiyyət orqanlarının cavabını gözləyirik”.

Rusiya ilə ABŞ arasında münasibətlər Suriya müharibəsi və Ukraynada münaqişə də daxil olmaqla, bir sıra beynəlxalq məsələlərə görə gərgin olaraq qalır.

Ötən noyabrın sonlarında Trump Ukrayna gəmilərinin və 24 Ukrayna dənizçisinin Moskva tərəfindən həbsinə etiraz olaraq Putinlə planlaşdırılan görüşünü qəfildən ləğv edib. İki prezident Argentinada keçirilən G20 sammitinin kuluarlarında görüşməli idi.

Whelan-ın saxlanmasından bir neçə həftə əvvəl Rusiya vətəndaşı olan qadın ABŞ məhkəməsi qarşısında Kreml üçün casusluq etdiyini boynuna almışdı.

Maria Butinanın ABŞ Milli Atıcılıq Assosiasiyası və Respublikaçı Partiya ilə əlaqəsi olan nüfuzlu rəsmilərin arasında lobbiçilik fəaliyyəti ilə məşğul olduğuna görə mühakimə edildiyi iddia olunur.

Kreml Butinanın Rusiya agenti olduğuna dair iddiaları rədd edir. Moskva onun azad olunması üçün sosial media kampaniyası aparır.

Keçmişdə Rusiyanın məhbus dəyiş-düyüşü etmək məqsədilə əcnəbiləri həbs etdiyi hallar olub.

Putin dekabrın 20-də özünün illik mətbuat konfransında demişdi ki, “Rusiya kimisə yalnız sonradan dəyişmək məqsədilə həbs etmir”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG