Accessibility links

Rusiyada yanğınlara qarşı mübarizə davam edir


Rəsmilər Moskva ətrafındakı ərazilərdəki yanğınların yarısına qədərinin söndürüldüyünü bildirib

Rusiya yanğınsöndürənlərinin ölkədə onlarla insanın ölməsinə, kəndlərin və meşələrin sıradan çıxmasına, minlərlə insanın evsiz-eşiksiz qalmasına səbəb olan yanğınları qismən söndürdükləri bildirilir. Fövqəladə Hallar Nazirliyinın rəsmiləri ölkənin mərkəz və qərb bölgələrində son 24 saat ərzində bir çox yanğınların dayandırıldığını deyirlər. Nazirliyin sözçüsü İrina Adrianova Moskva ətrafındakı ərazilərdəki yanğınların yarısına qədərinin söndürüldüyünü bildirib.

Yanğınların səbəb olduğu tüstü həftələrlə paytaxtı bürümüş, minlərlə sakinin şəhəri tərk etməsinə səbəb olmuşdu. Səhiyyə rəsmiləri insanlara havada toksik maddələrin olduğu barədə xəbərdarlıq etmişdilər.

XS
SM
MD
LG