Accessibility links

Rusiyadan Azərbaycana 40 min doza “Sputnik V” vaksini gətirilib


Mayın 2-də Rusiyadan Azərbaycana koronavirus əleyhinə 40 min doza “Sputnik V” vaksini gətirilib.

Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb.

“İndiyədək ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib. İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gətirildi. Bu gün “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq. “Sputnik V” özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 60-dan çox ölkəsində qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir” , o qeyd edib.

Xatırladaq ki, bu ilin martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG