Accessibility links

Rusiyalı vəkil Veselnitskaya ədalətin qarşısını almaq cəhdində ittiham olunur


Rusiyalı vəkil Natalya Veselnitskaya

Rusiyalı vəkil Natalya Veselnitskaya qarşı çirkli pulların yuyulması işi bağlı ədalətin qarşısını almaq ittihamı irəli sürülüb.

Hazırda Rusiyada olduğu güman edilən Veselnitskaya ABŞ hökuməti tərəfindən çirkli pulların yuyulması ilə bağlı məhkəməyə verilən Rusiya şirkətinin vəkili kimi təmsil olunduğu vaxt saxta deklarasiyanın hazırlanması üçün Rusiya hökumətinin prokuroru ilə gizli iş aparmaqda ittiham edilir.

Veselnitskayanın Nyu Yorkda təmsil etdiyi Prevezon Holdings şirkəti Maqnitski tərəfindən aşkar edilmiş 230 milyon vergi fırıldaqçılığının mərkəzində olub. ABŞ prokurorları bu iş çərçivəsində şirkətin Rusiyanın korrupsioner rəsmilərinin əhatə olunduğu sxem vasitəsilə çirkli pulların yuyulmasında iştirak etdiyini sübut etməyə çalışırdı.

Prokurorun bildirdiyinə görə, Veselnitskayanın Prevezon işi çərçivəsində 2015-ci ildə təqdim etdiyi deklarasiyada guya “Rusiya hökuməti tərəfindən aşkar edilmiş informasiya” ehtiva edilirdi. Lakin əslində həmin faktlar Rusiya prokuroru ilə gizli əməkdaşlıq nəticəsində tərtib olunmuşdu.

“Federal hakimə saxta və aldadıcı deklarasiyalar təqdim etməklə məhkəmə prosesinin gedişinə təsir göstərmək məqsədilə dəlillərin saxtalaşdırılması təkcə ədalət mühakiməsinin obyektivliyini pozmur, həm də bizim məhkəmələrimiz və bizim hökumətimizin ədaləti təmin etmək qabiliyyətini təhlükə altına alır” – deyə, ABŞ prokuroru Ceffri Berman açıqladığı bəyanatda bildirib.

43 yaşlı rusiyalı vəkil 2016-cı ildə Nyu Yorkda Tramp qülləsində prezident Trampın oğlu Donald Tramp, onun kürəkəni Cared Kuşner və Amerika prezidentinin seçki kampaniyasının keçmiş rəhbəri olmuş Pol Manafortla gizli görüş keçirdiyi haqda məlumatların 2017-ci ildə açıqlanmasından sonra diqqət mərkəzindədir.

XS
SM
MD
LG