ABŞ Prezidenti Donald Trampla telefon söhbətindən sonra Rusiyanın dövlət başçısı Vladimir Putin Amerikaya 60 tonluq tibbi ləvazımat və təchizat göndərib. Lakin Moskvanın bu addımına Vaşinqtonda humanitar yardım kimi baxılmır.
60 tonluq avadanlıqla Rusiyanın hərbi təyyarəsi Amerikaya martın sonunda çatıb. Pandemiyanın ən ağır təsirinə məruz qalan Nyu-Yorka enən təyyarədə üz maskaları və ventilyatorlar da olub.
Məqsəd bunun humanitar bir jest olduğunu göstərməkdir. Lakin Moskvanın buna ABŞ-dan daha çox ehtiyacı var.
Rusiyanın mətbuat katibi Dmitri Peksov Rusiyanın məqsədinin ABŞ-la virusla mübarizədə yardım göstərmək olduğunu və Trampın yardımı böyük məmmuniyyətlə qarşıladığını deyib.
Lakin ABŞ Dövlət Departamenti bu yardımın tam şəkildə ödənildiyini bildirib. Dövlət Departamentinin mətbuat xidmətinin bildirdiyinə görə, Tramp və Putinin telefon söhbəti zamanı Vaşinqton Rusiyadan pulla yardım almağa razılıq verib.
Daha sonra Rusiyanın Xarci İşlər Nazirliyi yardımın yarısının ABŞ, digər yarısının isə Rusiya tərəfindən ödənildiyini bildirib. Həmin gün Dövlət Departamenti bəyanat yayaraq, Vaşinqtonun yardımı endirimlə ödədiyini deyib.
Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzindən Hiter Konli Rusiyanın niyyətinin altruistik olduğunu deyir.
“Ölkələr və millətlər fövqəladə vəziyyətlərdə xoş məram nümayiş etdirir, daha pozitiv mühit yaratmağa çalışır. Lakin Kreml bundan ABŞ-ın böhranın öhdəsindən gələ bilmədiyini göstərmək üçün istifadə edir. ”
Təhlilçi Maykl Karpenter hesab edir ki, bu yardım propaqanda mahiyyəti daşıyır.
“Məqsəd bunun humanitar bir jest olduğunu göstərməkdir. Lakin Moskvanın buna ABŞ-dan daha çox ehtiyacı var.”
Lakin Rusiya mətbuatı bu jestə səthi münasibət bildirib. Bəlkə də bu Rusiyanın özündə koronavirusla bağlı artmaqda olan narahatlıqlarla izah oluna bilər.