Accessibility links

Rusiyanın “Surqut” hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı veriləcək


Rusiyada keçirilən onlayn sorğuda Moskva beynəlxalq aeroportuna 19-cu əsr şairi Aleksandr Puşkinin adının verilməsi dəstəklənib.

Rossiya-1 televiziyasının yaydığı xəbərə görə, sorğuya qatılanların əksəriyyəti Şeremetyevo adının milyonlarla rusiyalının sevimlisi olan şairin adı ilə əvəzlənməsinə səs verib.

Ümumilikdə 47 aeroportun adının dəyişdirilməsi səsverməyə çıxarılıb. Bu, Rusiyanın Böyük Adları layihəsi çərçivəsində gerçəkləşdirilib. Müsabiqəni bir neçə dövlətə bağlı təşkilat keçirib.

Moskvanın ikinci böyük aeroportu olan Domodedovo 18-ci əsrdə yaşamış alim Mixail Lomonosovun, üçüncü aeroport olan Vnukovo isə sovet kosmik proqramının banisi Sergey Korolyovun adını daşıyacaq. Ancaq təşkilatçılar hələlik yekun qərarın verilmədiyini deyirlər.

Tümen vilayətində yerləşən “Surqut” hava limanına isə Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanovun adı veriləcək.

Voronej aeroportu Böyük Pyotrun, Krasnodar aeroportu Böyük Katerinanın, Maqadan aeroportu Vladimir Vısotskinin şərəfinə adlandırılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG