Rusiyada ölkə boyu dövlət pensiyası almaq üçün yaşın arıtılmasına etiraz olaraq aksiyalar keçirilib.
Bazar günü Moskvanın mərkəzində Kommunist Partiyasının keçirdiyi mitinqə bir neçə min insan toplaşıb. Ölkənin uzaq şərq bölgəsində Vladivistokda, Sibirdə isə Barnaul və Novsibirsk şəhərlərində də etiraz mitinqlərinin keçirildiyi bildirilir.
Pensiya yaşının artırılması ilə bağlı layihə iyun ayında təqdim edilib və parlamentin aşağı palasında ilk oxunuşda qəbul edilib. Lakin layihəyə geniş etirazlar edilir. Vladimir Putinin populyarlıq reytinqi isə layihənin təqdim edilməsindən sonra aşağı düşüb.
Putin keçən həftə televiziyada müraciəti zamanı qadınlar üçün pensiya yaşının təklif edildiyi kimi 63 deyil, 60 yaşına qaldırılacağını qeyd edib.
Rusiya hökuməti kişilər üçün pensiya yaşının 60, qadınlar üçün isə 65 yaşa qədər artırılmasını təklif edir. Qadınlar üçün hazırkı pensiya yaşı 55-dir.
Sosioloqların bildirdiyinə görə, rusların əksəriyyəti pensiya yaşının qaldırılması ilə bağlı təklifin əleyhinədir.