Accessibility links

Dmitri Medvedev:"Ərəb ölkələrinin ssenarisi Rusiyada mümkün deyil"


Dmitri Medvedev:"Ərəb ölkələrinin ssenarisi Rusiyada mümkün deyil"
Dmitri Medvedev:"Ərəb ölkələrinin ssenarisi Rusiyada mümkün deyil"

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Yaxın Şərqdə və Şimali Afrikada baş verən üsyanlar Rusiyada heç vaxt baş verə bilməz. O xəbərdarlıq edib ki, bu üsyanlar nəticəsində islamçı fanatiklər hakimiyyətə gələ bilər. Cənab Medvedevin bu gün Şimali Osetiyada Vladiqafqazda verdiyi açıqlamalar Avropa ölkələrinin demokratiya tərəfdarı nümayişçilərə verdiyi dəstəklə təzad təşkil edir. Rusiya prezidenti deyib ki, ərəb ölkələrində üsyanlar islamçı ekstremizmin yayılmasına gətirib çıxara bilər. O bildirib ki, eyni ssenarilər Rusiyada mümkün deyil.

XS
SM
MD
LG