Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib ki, əsgərlərin “portyanka”dan coraba keçməsi vaxtıdır.
Rusiya ordusunda əsgərlər on yeddinci əsrdən başlayaraq uzunboğaz çəkmələrin dərini zədələməməsi üçün düzbucaqlı bez parça olan “portyanka” geyir. Bu ənənəni orduya Birinci Pyotr gətirmişdir.
Bazar ertəsi müşavirə zamanı danışan Müdafiə naziri Sergey Şoyqu zabitlərə söz verib ki, 2012-cü ildə “portyanka” sözü unudulacaq. Müdafiə nazirinin sözlərinə görə əsgərlər bundan sonra corab geyəcəklər.