Accessibility links

Rusiyanın hücumu nəticəsində Xarkiv vilayətində və Odesada azı 5 nəfərin öldüyü bildirilir


Rusiya hərbçiləri Xarkiv vilayətinin Zoloçiv kəndini idarə olunan aviasiya bombalarından atəşə tutublar. Bu haqda vilayət hərbi administrasiyasının rəhbəri Oleh Sinequbov məlumat verib. Onun sözlərinə görə, iki nəfər ölüb, altı nəfər yaralanıb.

Sinequbovun sözlərinə görə, ölənlər 64 yaşlı kişi və 38 yaşlı qadındır. Onlar bombanın düşdüyü ərazidə maşında olublar. Xarkiv prokurorluğunun məlumatına görə, ölənlər ata və qızdır.

Qurbanlar arasında partlayış nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən 74 yaşlı qadın və 77 yaşlı kişi də var. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Digər yaralı 35 yaşlı kişi ambulator müalicə alıb. 50 yaşlı kişi, 41 yaşlı qadın və 11 yaşlı oğlan hər üç şəxsə tibbi yardım göstərilib.

İnzibati binalara, bank binasına, 20-dən çox avtomobilə ziyan dəyib, fərdi yaşayış evi də dağılıb.

Ukrayna hakimiyyəti Zoloçivin mərkəzi meydanına azı üç bombanın düşdüyünü bildirir. Xarkiv milli polisinin rəhbəri Vladimir Timoşkonun sözlərinə görə, o vaxt orada “çox sayda insan” olub.

Mayın 1-nə keçən gecə rus qoşunları Odesanın mərkəzinə raket zərbəsi endirib. Hücum nəticəsində biri polis olmaqla 3 nəfər həlak olub. Daha üç nəfər yaralanıb. Bu barədə vilayət mülki administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Odesa meri Hennadi Truxanov bildirib ki, atəş nəticəsində yaşayış binalarına və mülki infrastruktura ziyan dəyib. Rusiya tərəfi bu xəbərin dərci zamanı hücumla bağlı şərh verməyib.

Cəmi iki gün ərzində Odesada Rusiyanın atdığı atəş nəticəsində 8 nəfər həlak olub. Aprelin 29-da Rusiya hərbçiləri kasetli sursatlarla birlikdə "İsgəndər" ballistik raketi ilə şəhəri vurub. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib. Nəticədə 5 nəfər və bir it həlak olub, 32 nəfər yaralanıb.

"Dörd nəfər həlak olub, bir it də ölüb. Daha bir nəfər hücum nəticəsində baş verən insult nəticəsində dünyasını dəyişib. 32 nəfər yaralanıb, 25 nəfər xəstəxanadadır, o cümlədən iki uşaq və bir hamilə qadın. Beş yaşı belə olmayan qızın vəziyyəti ağırdır, daha altı yetkin şəxs də reanimasiyadadır”, Kiper bildirib.

Forum

XS
SM
MD
LG