Rusiyanın dövlətə məxsus Qazprom şirkətinin başçısı Aleksey Miller deyib ki, Belarusla ölkənin 200 milyon dollar məbləğində borcu ilə bağlı danışıqlar bir nəticə verməyib.
Qazpromun başçısı danışıqların sabah bərpa olacağınə əmin olmadığını bildiirb. Rusiyanın rəsmi İTAR-TASS baş nazirin müavini İqor Seçinə istinadən bildirib ki, məsələnin məhkəmə yolu ilə həlli ehtimalı var.
Çərşənbə axşamı Rusiya prezidenti Dmitri Medvedev Belarusa borcunu üçün ödəmək beş gün vaxt verdiyini, əks təqdirdə isə ölkəyə təbii qaz təchizatının ciddi şəkildə azaldılacağını bildirmişdir.