Accessibility links

Rusiyanın Bryansk vilayətindəki polis idarəsinə dron hücumu olub


Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Trubçevski rayonuna pilotsuz uçan apparatla (PUA) həmlə endirildiyini bildirib.

"Dron rayon polis şöbəsinin binasının üzərinə düşüb. Tələfat yoxdur. Binanın dam örtüyünə və pəncərələrinə ziyan dəyib. Hazırda hadisə yerində əməliyyat xidmətləri aparılır," o, Telegram kanalında yazıb.

Boqomaz hücuma görə Ukraynanı günahlandırıb. Ukrayna tərəfi insidentlə bağlı açıqlama verməyib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubevin bildirdiyinə görə, pilotsuz təyyarə Neklinovski rayonunun Daraqanovka fermasına düşüb. Onun sözlərinə görə, nəticədə fərdi evin dam örtüyü və minik avtomobili zədələnib.

"Hadisə yerinə təcili tibbi yardım briqadası gedib. İtki qeydə alınmayıb. Müdafiə Nazirliyinin mütəxəssisləri hadisə yerində işləyir," Qolubev bildirib.

Yerli sakinlər "Ostorojno, ̱Novosti"yə bildiriblər ki, Daraqanovkada insanlar yanğını əvvəlcə özləri söndürməli olub.

"Heç kim buraya gəlmək istəmədiyi üçün insanlar yanğını şlanqlarla özləri söndürdü. Yola pilotsuz uçuş aparatı düşüb. Yanğınsöndürənlər sonradan gəldi," onlar bildirib.

Hərbi durumu izləyən Telegram kanalları yazır ki, Rusiyanın "Forpost-RU" və ya "Orion" kəşfiyyat pilotsuz təyyarəsi Taqanroq yaxınlığına düşə bilərdi.

İyulun 28-də Taqanroqun mərkəzində partlayış baş verib, qurbanlar var. Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, partlayışın episentri Taqanroq İncəsənət Muzeyinin ərazisinə düşüb.

"Baza" Telegram kanalının məlumatına görə, partlayış nəticəsində "Çexov bağı" kafesi dağılıb və partlayış yerinin yaxınlığında yerləşən evlərin şüşələri sınıb. Şahidlərin sözlərinə görə, partlayış yerində beş-beş metr hündürlükdə dəlik əmələ gəlib.

Rusiya Müdafiə Nazirliyi Taqanroqa hücumda Ukraynanı ittiham edib. Ukrayna hakimiyyəti insidentlə bağlı açıqlama verməyib.

Forum

XS
SM
MD
LG