Accessibility links

Moskvada bomba partlayışları ilə əlaqəsi olan üç nəfər qətlə yetirilib


Moskvada bomba partlayışları ilə əlaqəsi olan üç nəfər qətlə yetirilib
Moskvada bomba partlayışları ilə əlaqəsi olan üç nəfər qətlə yetirilib

Rusiyanın təhlükəsizlik xidmətinin başçısı Aleksandr Bortnikov deyib ki, öldürülən şübhəli şəxslər metroda partlayışları törətmiş intiharçı qadınları Şimali Qafqazdan Moskvaya gətirmişlər

Rusiyanın təhlükəsizlik xidmətinin başçısı Aleksandr Bortnikov deyib ki, martın 29-da Moksvada insan tələfatı ilə nəticələnmiş bomba hücumlarında şübhəli bilinən üç nəfərin qətlə yetirildiyini bildirib.

Bortnikov bu haqda Rusiya prezidenti Dmitri Medvedevlə televiziyada yayımlanan görüşü zamanı açıqlamalar verib. O, qətllərin harada baş verdiyini deməyib, lakin bildirib ki, ciddi silahı müqavimətə son qoyulub.

Martın 29-da Moksva metrosunda iki bomba partlayışı zamanı 40 adam həlak olub, 100-ə yaxın adam yaralanıb.

Bortnikov deyib ki, öldürülən şübhəli şəxslər metroda partlayışları törətmiş intiharçı qadınları Şimali Qafqazdan Moskvaya gətirmişlər.

XS
SM
MD
LG