Accessibility links

Rus uşaqlar amerikalı valideynləri ilə Rusiyaya səfər edib [Video]


Rus uşaqlar amerikalı valideynləri ilə Rusiyaya səfər edib
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Rusiya prezidenti Vladimir Putinin amerikalıların rus uşaqlarının övladlığa götürülməsini yasaqlaması ilə Soyuq Müharibə dövründən bəri Rusiya-ABŞ münasibətlərində ən kəskin soyuqlaşma yaşanır.

Rusiyanın rus uşaqlarının övladlığa götürülməsini yasaqlaması qərarı ətrafında ehtiraslar ciddi şəkildə qızışmışdı.

Moskvada aksiya keçirənlər hökumətlərinin kimsəsiz uşaqları siyasi maraqlarına qurban verməkdıə günahlandırmışdı.


Vladimir Putun
Vladimir Putun
Prezident Putini isə Amerikanın Rusiyada insan hüquqlarının vəziyyətinə dair qanun layihəsi qəzəbləndirmişdi. “Rusiyada olduğundan daha yüksək həyat standartları olan yerlər var. Nə olsun? Uşaqlarımızı niyə oralara göndərməliyik? Bəlkə özümüz oralara köçməliyik?”

Moskvada yay mövsümüdür. Qadağa hələ də qüvvədədir. Lakin ehtiraslar əvvəlki kimi çoşğun deyil.
Bu ay 15 Amerika ailəsi Rusiyaya səfər edərək, övladlığa götürdüyü uşaqlarının vətənləri ilə təmasını təmin edib.

Amerikalılar qızıl meydanda turistlərə qarışıb.


Uşağın ailə imkanından məhrum edilməsi ağlasığmaz bir işdir
Loren Tompson oğlu Andreylə bərabər Rusiyaya səfər edib. “İnsanlar bizim rus deyil, amerikalı olduğumuzu öyrəndikdə, heç bir düşmənçilik nümayiş etdirmirlər.”

O, səfərin mənasız olmadığını deyir. “Biz artıq bir neçə il idi ki, bu səfəri planlaşdırırdıq. Andrey rus irsinə həmişə maraq göstərib.”

Amerikalı valideynlər Rusiya rəsmilərinin onlardan uşaqlarının irsi barədə onlara məlumat verilməsini istədiklərini deyir.
Lakin amerikalılar tərəfindən övladlığa götürülən 4 uşağın viza müraciəti rədd edilib.
“Biz nəyə görə viza verilmədiyini başa düşmürük. Bəlkə də bu, təsadüfi qərardır.”

Sara Qot Amerika şirkəti Təmas proqramına rəhbərlik edir. O, rusların səmimiyyətindən danışır.“Ailələrin ziyarət etmək istədikləri xəstəxanalar, uşaq evlərindən razılıq almışıq.”


Bəziləri uşaqların doğma anaları ilə də görüşüb. Alli heç kimin onu buna məcbur etmədiyini deyir. “Döğma anamın kim olduğunu bilmək istəyirdim. Amma onun həmişə beynimdə olduğunu deyə bilmərəm.”

Allinin amerikalı atası Con Rusiyaya qayıdışı sualların cavablandırması adlandırır. “Biz qızımızın öz gözü ilə görməsi, suallarına cavab tapması, maraqlarını təmin etməsini istəyirdik.”

Səfərlərin özəl olmasına baxmayaraq, Kremlin qadağası diqqətlərdən yayınmayıb. Katrin Allinin amerikalı anasıdır. “Uşağın ailə imkanından məhrum edilməsi ağlasığmaz bir işdir.”

Daxili və beynəlxalq tənqidlər altında olan Kreml indi kimsəsiz rus uşaqların ruslar tərəfindən övladlığa götürməsini təbliğ edən yeni prorqam hazılayıb.
XS
SM
MD
LG