Accessibility links

Rusiya iki ABŞ diplomatını "qeyri-qanuni fəaliyyətlərinə" görə ölkədən çıxarır


Rusiya Xarici İşlər Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Moskvanın əvvəllər casusluqda ittiham etdiyi Rusiya vətəndaşı ilə əməkdaşlıq etdiyini deyərək, ABŞ səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb.

Xarici İşlər Nazirliyi açıqlamasında ABŞ səfiri Lin Treysini çağıraraq, iki diplomatın - Ceff Sillin və David Bernsteynin "Rusiya vətəndaşı Robert Şonovla əlaqə saxlayaraq, qeyri-qanuni fəaliyyət göstərdiklərini" deyib və yeddi gün ərzində Rusiyanı tərk etməli olduqlarını bildirib.

Rusiya 2021-ci ildə ABŞ missiyasının yerli işçilərinin xitam verilməsi barədə əmr verənə qədər Şonov 25 ildən çox ABŞ-ın Vladivostok şəhərindəki konsulluğunda yerli işçi kimi çalışıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti may ayında Şonovu həbs edib və Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı ABŞ-a məlumat ötürdüyünü iddia edərək, onu "xarici dövlətlə məxfi əsasda əməkdaşlıq etməkdə" ittiham edib.

Keçən ay Federal Təhlükəsizlik Xidməti Sillin və Bernşteyni Şonova məlumat toplamaq üçün göstəriş verməkdə ittiham etdikdən sonra onları dindirməyi planlaşdırdığını bildirmişdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Matt Miller açıqlamasında ittihamları "tamamilə əsassız" adlandırıb. O, Şonovun ABŞ-ın Moskvadakı səfirliyində xidmət göstərmək üçün müqavilə bağladığı şirkət vasitəsi ilə "Rusiya qanunlarına və qaydalarına ciddi riayət etməklə" işə götürüldüyünü bildirib.

Miller deyib ki, ABŞ Rusiya təhlükəsizlik xidmətinin "işçilərimizi qorxutmaq və təqib etmək" cəhdlərinə kəskin etiraz edir.

Forum

XS
SM
MD
LG