Accessibility links

Rusiya Ukrayna limanına dronlarla hücum edib


Ukrayna çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri gecə ərzində ölkəyə hücum etmək üçün 38 pilotsuz uçuş apparatından istifadə edib, onların bəziləri Ukraynanın hava hücumundan müdafiəsini keçərək Odesa vilayətindəki limana zərər vurub.

Odesa qubernatoru Oleh Kiper Telegram-da bildirib ki, Rusiyanın hücumu Ukraynanın Dunay çayı üzrə taxıl ixracının əsas hissəsi olan İzmail bölgəsindəki liman infrastrukturuna ziyan vurub.

Kiper hücum nəticəsində 2 nəfərin yaralandığını və 30-dan çox avtomobilin zədələndiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın istifadə etdiyi İran istehsalı olan 38 Şahed dronundan 26-nı məhv etdiyini bildirib.

Ukraynanın cənubundakı Xerson vilayətində rəsmilər bildiriblər ki, gecə ərzində Rusiyanın hücumu nəticəsində azı 4 nəfər yaralanıb.

Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk vilayətinin qubernatoru çərşənbə axşamı bildirib ki, Ukraynaya məxsus dronun elektrik yarımstansiyasına partlayıcı maddə atması nəticəsində bir neçə kəndin elektrik enerjisi kəsilib.

Roman Starovoit Telegram kanalında hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilmədiyini bildirib.

Forum

XS
SM
MD
LG