Accessibility links

Tərəfdaş kimi İrana meyl göstərən Moskva İsrailə xəbərdarlıqlarını gücləndirir


Tərəfdaş kimi İrana meyl göstərən Moskva İsrailə xəbərdarlıqlarını gücləndirir
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Tərəfdaş kimi İrana meyl göstərən Moskva İsrailə xəbərdarlıqlarını gücləndirir

Moskva İsrail liderlərini təmkinli olmağa çağırarkən, İranın İsrailə hücumunu pisləməkdən yayındı. Analitiklərin fikrincə, Kremlin bəyanatları onun İranı üstün tərəfdaş kimi seçdiyini və regionda onilliklər ərzində formalaşdırdığı zərif diplomatik balansdan əl çəkdiyini göstərir.

Kreml İranın İsrailə hücumuna diplomatiya və qisasın qarışığı kimi reaksiya verib. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə telefonla bəyanat yayıb. "Biz regionda gərginliyin artmasından son dərəcə narahatıq. Biz regiondakı bütün ölkələri təmkinli olmağa çağırırıq."

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya qarşıda gərginlik daha da artarsa, məsuliyyətin İsrail və Qərbin üzərində olacağı ilə bağlı daha güclü bəyanatla çıxış edib. "Biz Tehranın İsrailə qarşı hərbi eskalasiyaya cəhd etməməsi ilə bağlı verdiyi siqnalları qeyd edir, Qərbi və Qüdsü bundan nümunə götürməyə və Yaxın Şərqdə təxribat xarakterli güc tətbiqi praktikası tətbiq etməməyə çağırırıq".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkədəki paylaşmasında Rusiyanın İranı bu hücuma görə qınaması gözləntilərini tənqid edib. Onun dediyinə görə, İsrail də Ukraynanı Rusiya ərazisinə hücumlarına görə tənqid etməyib.

İsrail Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini pisləyib.

Analitiklərin fikrincə, Ukraynadakı müharibə Moskvanı əvvəllər Yaxın Şərqdə mötədil kimi təsvir edilən mövqeyindən əl çəkməsinə və indi Tehrana açıq dəstək nümayiş etdirməsinə səbəb olub. Chatham House-dan Ceyms Niksi: "Həqiqət budur ki, Moskva bütün Yaxın Şərq gücləri ilə münasibətləri çox diqqətlə idarə etdi və tənzimlədi və bu, məncə keçmişdə qaldı. Bunun dəyişməsinin səbəbi Ukraynadakı müharibə konteksti ilə bağlıdır ki, Rusiya istədiyini istəyir, ona ehtiyacı var və buna nail olmaq üçün sadəcə olaraq münasibətləri qurban verməyə hazırdır."

Müşahidəçilərin fikrincə, Rusiya Yaxın Şərqdəki qarşıdurmada tərəf tutmuş kimi görünür və bu, onun Ukraynaya genişmiqyaslı işğalının artan təsirindən xəbər verir.

Forum

XS
SM
MD
LG