Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrelin "faşist Rusiyası" deməsi onun "boş-boş danışmaq" bacarığına dəlalət edir.
Josep Borrellin bu ifadəsi avqustun 5-də Praqada keçirilən konfrans zamanı eşidilib. Avropa diplomatiyasının rəhbəri guya "faşist Rusiyasının" qələbəsi üçün konkret planın olmadığını bəyan edib.
TASS xəbər agentliyinin Putinə istinadən verdiyi məlumata görə, Borrelin bəyanatları diplomatdan çox müdafiə nazirinin bəyanatlarına bənzəyir.
"Əgər Borrell 30-cu illərdə İspaniyada yaşasaydı və hava haqqında məlumatda məşhur "bütün İspaniya üzərində buludsuz bir səma olacaq" ifadəsini eşitsəydi, o zaman o, silaha sarılar və kimin tərəfində olardı? Məncə, o, faşistlərin tərəfində olardı" - deyə, Putin bildirib.
O, "əgər Borrelin zərrə qədər də olsa vicdanı varsa, o, düzgün nəticə çıxarmalı və əsl faşizmin Ukraynada çiçəkləndiyini başa düşməlidir" deyib.
Josep Borrell avqustun 5-də Avropa Parlamentinin Praqada keçirilən konfransı zamanı deyib ki, "faşist Rusiyası"nın qələbəsi üçün konkret planı yoxdur. Daha sonra Avropa diplomatiyasının rəhbərinin mətbuat katibi Piter Stano Borrelin belə bir ifadə işlətmədiyini bildirib və bu ifadəni tərcümə xətası ilə izah edib. Stano konfrans zamanı Josep Borrellin ispan dilinə keçdiyini, bundan sonra onlayn yayımın söndürüıdüyünü və sinxron tərcüməçiyə keçdiyini, danışanın səsinin söndürüldüyünü bildirib. Stano iddia edib ki, "faşist dövləti" ifadəsi Josep Borrellin nəzərdə tutduğu parlamentarilərdən birinə aiddir.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrelin Rusiya ilə bağlı mühakimələri aktual ola bilməz.
"Cənab Borrell bu cür bəyanatlarla özünü bir diplomat kimi tamamilə sıfıra endirib. Təbii ki, bundan sonra onun Rusiya və onunla münasibətlərlə bağlı mülahizələrinin heç biri aktual ola bilməz", Peskov bildirib.