Rusiyada təhqiqatçılar yanğın nəticəsində partlayan təyyarənin qara qutusunu aşkar etdiklərini bildirirlər. Təyyarə şənbə günü havaya qalxan zaman mühərrkələrin birində yanğın baş verdiyinə görə alovlanmağa başlayıb və partlayıb. Qəza üç nəfərin ölümü, 43 nəfərin yaralanması ilə nəticələnmişdir. Aviasiya komitəsinin bildirdiyinə görə, qara qutu təyyarənin qəzaya uğradığı Surqut şəhəri yaxınlığında aşkar edilib. Komitə ekspertlərin yanğına nəyin səbəb olduğunu müəyyən etmək üçün dərhal məlumat bazasını öyrənməyə başladığını bildirir. Regional hava yollarına şirkətinə məxsus olan təyyarə 124 sərnişinlə Surqutdan Moksvaya uçurdu.