Accessibility links

Aviasiya rəsmiləri Rusiya təyyarəsinin qəzaya uğramasının səbəbinin xarici amillər olduğunu deyir


Aviasiya rəsmilərinin bildirdiyinə görə, Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasının səbəbinin xarici amillər ola bildiyini deyib.

Koqalım-Avia traznit hava yolları şirkətinin direktoru Aleksandr Smirnov bu gün Moskvada deyib ki, təyyarəni qəzaya uğrada biləcək heç bir texniki pozuntular olmayıb. "Təyyarə yerə düşməyə başlayarkən ekipaj tamamilə nəzarəti itirib və bu səbəbdən qəza haqda yerə heç bir məlumat verə bilməyib" - deyə cənab Smirnov bildirib və qəzaya səbəbin yalnız xaricdən müdaxilə olduğunu deyib.

"Biz təyyarədə texniki nasazlığı, eləcə də ekipaj və ya pilotun səhvinin olduğunu istisna edir, qəzada insan faktorunun olduğunu düşünürük" deyə, Smirnov bildirib.

Şənbə günü Misirin Şərm Əl-Şeyx kurortundan Sankt Peterburqa uçan Airbus A-321 sərnişin təyyarəsi havaya qalxandan 23 dəqiqə sonra Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin 217 sərnişini və 7 ekipaj üzvü arasında sağ qalan olmayıb.

XS
SM
MD
LG