Accessibility links

Anna Politkovskayanın qətlində rol oynamış şəxsə hökm oxundu


Rusiya məhkəməsi 2006-cı ildə rus jurnalist Anna Politkovskayanın qətlində əli olan sabiq polis işçisinı 11 il həbs cəzasına məhkum edib və onu əlavə100,000 dollar cərimələyib.

Məhkəmənın sabiq polisi cəzalandırmaq barədə sürətli qərarı Dmitri Pavlyuçenkovun günahını boynuna almasından və məhkəməyə yardım etməyə razılıq verməsindən sonra baş verib.

Təhlilçilər və Politkovskayanın ailəsi qətli törədənin heç bir sifarişçinin adını açıqlamadığını və cəzanın yünyül olduğundan şikayətlənirlər. Poltkovskayanın vəkili işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Anna Politkovskaya 2006-cı il oktyabr ayının 7-də güllə ilə vurularaq qətlə yetirilib.
XS
SM
MD
LG