Accessibility links

Putin: Ölkənin bütün məmurları yerli avtomobilləri idarə etməlidir


Rusiya prezidenti Vladimir Putin deyib ki, "ölkənin bütün məmurları yerli avtomobilləri idarə etməlidir". Bu barədə o, istehsal müəssisələrinin rəhbərləri ilə görüşündə bildirib. Çıxışın videosunu Rusiya mətbuatı yayıb.

"Nazirliklər, idarələr, təşkilatlar alışları davam etdirməyi, faktiki olaraq xaricdə istehsal olan avtomobillərə diqqət yetirməyi, bu praktikanı davam etdirməyi xahiş edir. Mən dedim ki, bu, tamamilə istisna olunmalı və ölkənin bütün məmurları yerli avtomobilləri idarə etməlidir" - deyə, Putin bildirib.

Onun sözlərinə görə, "bu haradasa əvvəlkindən daha sadə olacaq". Putin deyib ki, "bu pis şey deyil, əksinə, hətta yaxşıdır". Eyni zamanda, o idxaldan imtina etməyin gərək olmadığını, lakin "bəzi əsas şeylərin" Rusiya istehsalçısına yönəltməli olduğunu deyib.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Hyundai, Toyota (Lexus), Skoda Auto, Renault, Mercedes-Benz və digər şirkətlər Rusiyada istehsalını dayandırıb, bəziləri aktivlərini rusiyalı tərəfdaşlarına verib. General Motors, Mercedes-Benz, BMW, Ford, Land Rover, Toyota və Mazda öz məhsullarını Rusiyaya verməkdən imtina edib.

Bu ilin iyun ayında Avropa İttifaqı Rusiyaya elektrik və hibrid avtomobillərin, yeni və işlənmiş lüks avtomobillərin ixracına qadağa qoyub. İyulun sonunda Yaponiya da Rusiyaya mühərrik həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, hibrid avtomobillərin və elektromobillərin tədarükünə qadağa qoyub.

Avtomobillərin ixracına qarşı sanksiyalar "Böyük Yeddilər"in may sammitindən sonra tətbiq edilib. Dünən məlum olub ki, Gürcüstan avqustun 1-dən Rusiyaya Amerika avtomobillərinin ixracına və təkrar ixracına qadağa qoyub. Avropa avtomobilləri üçün oxşar qadağa sentyabrın 26-dan qüvvəyə minəcək.

Forum

XS
SM
MD
LG