Accessibility links

Putin xarici ölkərə Rusiyanın daxili işlərinə müdaxilə ilə bağlı xəbərdarlıq edib



Rusiya prezidenti Vladimir Putin ölkənin daxili işlərinə xaricin müdaxiləsinə dair açıqlamalar verib.

May ayında yenidən ölkə prezidenti seçildikdən sonra xalqa ilk müraciətində cənab Putin xarici ölkələrin Rusiyanın daxili işlərinə müdaxiləsini qəbuledilməz adlandıraraq, siyasi fəaliyyət üçün xaricdən maliyyə alanların Rusiyada siyasətlə məşğul olmamalı olduğunu əlavə edib.

Rusiya prezidentinin çıxışı əsas etibarilə korrupsiya, mühacirət və Rusiya əhalisinin azalması kimi daxili məsələlərə həsr edilib.

Cənab Putin xarici aksiyalar və xarici bank hesabları olan rəsmilərin cəzalandıralacağına söz verib. O habelə keçmiş sovet respublikaları vətəndaşlarının Rusiyaya öz sənədləri əsasında səfər edə bilməcəyini elan edərək, onların digər ölkələrin vətəndaşları kimi pasport və başqa sənədlər daşımalı olacaqlarını deyib.
XS
SM
MD
LG