Accessibility links

“Svoboda” radiosu Rusiyada orta dalğalarda yayımını dayandırır


Dəyişiklik Rusiyada yeni qanunla əlaqədardır

Birləşmiş Ştatlar hökumətinin maliyyələşdirdiyi “Svoboda” radiosu Rusiyada yeni qanunun şərtlərinə əməl edərək orta dalğada yayımı dayandırıb fəaliyyətini internetdə davam etdirəcək.

Azad Avropa/Azadlıq şirkətinin vitse-prezidenti Culiya Raqona bildirib ki, bu dəyişiklik noyabrın 10-da, Rusiyada qanunun qüvvəyə mindiyi gün baş verəcək.

Yeni qanuna əsasən, maliyyə fondlarının 48 faizi xarici şəxslər, ya da hüquqi subyetlər tərəfindən ayrılan şirkətlərin Rusiyada yayımı dayandırılır.

Radioda bu dəyişikliklərlə əlaqədar olaraq personalın təxirə salınacağı gözlənilir. Lakin Culiya Roqona işçilərin ikitərəfli razılıq əsasında işdən getdiyini və onlara təzminat ödəndiyini deyib. O əlavə edib ki, radio verilişlərinin qısa dalğalarda yayımı davam edəcək və eyni zamanda internetdə materialların həcmi artırılacaq.

Azad Avropa/Azadlıq radiosu və “Amerikanın səsi” ABŞ-ın Yayım Şurası (US Broadcasting Board of Governors) tərəfindən idarə edilir. Müstəqil federal agentlik olan Yayım Şurası ABŞ hökuməti və hökumətin sponsorluq etdiyi bütün qeyri-hərbi və beynəlxaq yayım agentliklərinin işinə görə məsuliyyət daşıyır.
XS
SM
MD
LG