TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi xəbərə görə, Federal Təhlükəsizlik Bürosunun (FSB) Rostov-na-Donudakı Sərhəd Xidmətinin yerləşdiyi binasında baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
"112" teleqram kanalı yaralananların tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Yanğın əsas nəzarət binasında deyil, anbarda başlayıb. Yanğın sahəsi 880 kvadrat-metr olub. Hadisənin şahidləri bina alovlanmazdan əvvəl partlayış səsi eşitdiklərini deyib. Ərazidə partlayışlar davam etdiyi üçün bunun silah-sursat ola bildiyi deyilib. Bu, rəsmi olaraq təsdiqlənməyib.
Rostov vilayətinin qubernatoru Vasili Qolubevin bildirdiyinə görə, ilkin ehtimal yanğına səbəb binadakı elektrik naqillərində qısa qapanma olub.
"Yayılan yanğın yanacaq-sürtkü materialları olan konteynerlərin partlamasına səbəb olub. Yanğın 800 kvadrat-metr sahəni əhatə edib. Nəticədə iki divar uçub" - deyə, Qolubev bildirib.
Onun sözlərinə görə, yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 14 texnikası və 63 canlı qüvvəsi cəlb olunub. Mütəxəssislər yanğının qonşu yaşayış binalarına keçməsi təhlükəsinin olmadığını, lakin təhlükəsizlik məqsədi ilə sakinlərin təxliyə edildiyini bildirib. Faktla bağlı araşdırma aparılır.
.