Accessibility links

Rusiyada müharibə tərəfdarı blogerin ölümünə səbəb olan partlayışda şübhəli bilinən şəxs həbs edilib


Vladlen Tatarskinin şəkli
Vladlen Tatarskinin şəkli

Rusiya rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən tanınmış hərbi blogerin Sankt-Peterburq şəhərində kafedə ölümünə səbəb olan partlayışda əli olmaqda şübhəli bilinən qadın həbs edilib.

Rusiya İstintaq Komitəsi şübhəlinin əvvəllər müharibə əleyhinə mitinqlərdə iştirak etdiyinə görə həbs edilən 26 yaşlı Rusiya vətəndaşı Darya Tryopova olduğunu müəyyən edib.

Rusiya xəbər agentlikləri bazar günü Vladlen Tatarskinin ölümü ilə nəticələnən partlayışın ona içərisində bomba olan heykəlciyin verilməsindən sonra baş verdiyi haqda məlumat verib.

Partlayış nəticəsində 30-dan çox insan yaralanıb.

Tatarski Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən bloqunda yüz minlərlə izləyicisi olan bloger Maksim Fominin istifadə etdiyi ad idi.

Rusiyanın ən yüksək anti-terror agentliyi hücumda Ukrayna təhlükəsizlik orqanlarını ittiham edib.

Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak bazar günü Twitter hesabında yazıb ki, "Rusiyada daxili terrorizmin daxili siyasi mübarizə alətinə çevrilməsi" vaxt məsələsidir .

XS
SM
MD
LG