Accessibility links

Vladimir Putin Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşüb


Rusiya prezidenti Vladimir Putinlə Suriya lideri Bəşar Əl-Əsəd bazar ertəsi Soçidə keçirdikləri əvvəlcədən elan edilməmiş görüş zamanı Suriyadakı böhranın siyasi həlli yollarını müzakirə ediblər.

Görüşün baş tutduğu bu gün açıqlanıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türkiyə və İran rəsmiləri ilə əldə edə biləcəyi razılaşmaların həyat qabiliyyətinin təmin edilməsinə müsbət təsir edəcəyini deyib.

Həm Kreml, həm də Suriyanın SANA xəbər agentliyinin bildirdiyinə görə, görüş zamanı Putin Suriyada hərbi əməliyyatların başa çatmasına az qaldığını deyib və Suriya liderini terrorçularla döyüşlərdə nailiyyətlər əldə etdiyinə görə təbrik edib.

Rusiya mediasına istinadən bildirilib ki, Soçidə təxminən dörd saata qədər olan Əsəd ölkəsindəki müharibə ilə bağlı vəziyyətin liderlərə siyasi cəbhədə irəliləyiş əldə etmək imkanı verdiyinə inandığını deyib.

Kreml prezident Putinin Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Qətərin əmiri Şeyx Tamim bın Hamad Əl-Təni ilə də görüşərək, Suriya ilə bağlı müzakirələr aparmağı planlaşdırdığını bildirib.

Suriya prezidenti sonuncu dəfə Rusiyada iki il bundan əvvəl Rusiyanın ölkədə hərbi əmliyyatlara başladığı vaxt olub.

Rusiya prezideti Vladimir Putin çərşənbə günü Soçidə əsas diqqət Suriya böhranına yönəldiləcək sammitdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhanini də qəbul etməyi planlaşdırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG