Accessibility links

Rusiya Suriya ilə bağlı siyasətini dəyişməyəcəyini deyir


Rusiyanın Xarici İşlər Nazirliyi yüksək səviyyəli diplomatının Suriyada müxalifətin prezident Bəşar Əl-Əsədlə mübarizədə qalib gələ biləcəyini deməsinə baxmayaraq, Moskvanın Suriyaya siyasətinin dəyişməyəcəyini bildirib. Nazirliyin bugünkü açıqlamasında deyilir ki, xarici işlər naziri Mixail Boqdanov Suriya ilə bağlı nə bəyanat verib, nə də jurnalistlərə xüsusi müsahibə verib.

Rusiyanın xəbər agentlikləri cümə axşamı cənab Boqdanova istinadən bildimişdi ki, prezident Bəşar Əl-Əsəd ölkədə bölgələrə nəzarəti əldən verməkdədir və müxalifətin qalib gələcəyi istisna edilmir. Bu, Rusiyanın müttəfiri Suriya hökumətinin müxalifətlə mübarizəni uduza biləcəyi barədə ilk bəyanatı idi.

Lakin Rusiyanın Xarici İşlər Nazirliyi cənab Boqdanovun belə bir açıqlamasının Suriya müxalifəti və ona dəstək olan xarici qüvvələrin rejimə qarşı tez bir zamanda qələbə əldə ediləcəyini demələrinin nəzərdə tutulduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG