Accessibility links

Rusiya-Türkiyə: Münasibət perspektivləri [Video]


Rusiya-Türkiyə: Münasibət perspektivləri
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Suriya sərhədində bombardmançı təyyarəsini vurub saldığına görə Rusiya Türkiyəyə qarşı sanksiyalara hazırlaşır. Təhlilçilərin dediyinə görə, bu münaqişə Suriyada gedən çoxtərəfli müharibəyə əlavə problemdir. Siyasi təhlilçilər isə bunun Suriya oyununda Moskvanın dünyada özünü yeni mövqedən göstərməsinə bir imkan olduğunu deyirlər.

Rusiya Ankaraya qarşı sanksiyaların bir hissəsi olaraq, hər il Türkiyəyə milyonlarla rusiyalının vizasız səfərinə məhdudiyyətlər də daxil edilməklə, Türkiyədən idxal olunan məhsulların yoxlanışını gücləndirəcək. “Zərər böyük olacaq. Bir sıra iqtisadi və siyasi layihələrin işi ya dayandırılacaq, ya da tamamilə təxirə salınacaq.” deyə, təhlilçi Pavel Felgenhaur bildirir.

Rusiya ordusu da öz növbəsində Türkiyənin hərbi təyyarəni vurması qarşılığında Türkiyə-Suriya sərhədində üsyançılara qarşı raketlərdən istifadə edir.

Rusiya ilə Türkiyə arasında gərginlik İŞİD terrorçularına qarşı geniş koalisiya yaradılması səylərindən sonra artmağa başladı. Çoxları bəzi razılaşmalara və Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya ilə əməkdaşlıq etməyə razı olduğunu deməsinə şübhə ilə yanaşır

Belə baxanda iki koalisiya eyni düşmənə qarşı mübarizə aparır. Lakin belə bir vəziyyətdə onlar bir-biri ilə təhlükəli qarşıdurma deyil, aralarında koordinasiya yaratmalıdırlar. Və əlbəttə ki, səhv hədəfi vurmamalıdırlar” deyə, Moskva Kornegi Mərkəzindın Aleksandt Baunov bildirir.

Rusiyanın terrorçuları bombaladığını deməsinə baxmayaraq, onun əsas hədəfi Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı olanlardır. Lakin siyasi təhlilçilərin fikrincə Rusiyanın Suriya məsələsində əsas məqsədi irimiqyaslı danışıqlarda ozünə geniş yer ayırmaqdır.

Pavel Felgenhaur: “Bu dünya düzəni Ukrayna məsələsinin həllinə və Rusiyaya qarşı sanksiyalara son qoyulmasına yardım edər. Elə əsasən buna görə Rusiyanın Suriyaya getdiyi ehtimal olunur. Əlbəttə, Əsədi hakimiyyətdə saxlamaq mühümdür, ancaq geniş koalisiya daha labüd görünə bilər.”

Rusiyanın Suriya hökuməti ilə ittifaqı onun dünya səhnəsinə yenidən çıxmasına səbəb olsa da, İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya daxil olmasına mane olur.

XS
SM
MD
LG