Accessibility links

Rusiya Suriyaya BMT sülhməramlı qüvvələrinin göndərilməsi fikrini rədd edir


Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov BMT-nin sülhməramlı qüvvələrinin Suriyada yerləşdirilməsi fikrini rədd edərək, bunun döyüşlərin getdiyi ölkədə mümkün olmadığını bildirib.

O, Moskvanın BMT-nin Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminə qarşı qüvvə işlədilməsinə imkan verəcək hər hansı bir qətnaməsinin əleyhinə olduğunu bir daha təkrar edib.

Sülhməramlı qüvvələrin göndərilməsinin mümkünlüyü BMT-də Suriyada vətəndaş müharibəzinin dayandırılması üçün göstərilən səylərin bir hissəsi olaraq gündəmə gəlib.

Lakin Rusiya rəsmisi İnterfaks xəbər agentliyinə müsahibədə nə BMT sülhü mühafizə qüvvələrinin təmin edəcəyi sülhün, nə də müşahidə edilməsi lazım olan atəşkəsin olmadığını deyib.

Suriyanın ən yaxın müttəfiqi olan Rusiya Əsəd hökumətinə qarşı BMT sanksiyalarının tətbiq edilməsinin əleyhinə çıxır.
XS
SM
MD
LG