Accessibility links

Rusiya ordusu Kyivə "Şahed"lərlə hücumunu davam etdirib


Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Popkonun bildirdiyinə görə, keçən gecə Kyivə yenidən pilotsuz uçuş aparatlarının hücumu olub və Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri paytaxtı hədəf alan dronların hamısını məhv edib.

Bu, "Şahed"lərin Kyivə dalbadal səkkizinci hücumudur. Dünən olduğu kimi, yenə də hücum kütləvi xarakter daşıyıb. Kyivə yaxınlaşan dronlar Hava Hücumundan Müdafiə Qüvvələri və vasitələri tərəfindən müəyyən edilərək, məhv edilib," hesabatda deyilir.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 15 "Şəhed" və 7 pilotsuz kəşfiyyat uçuş aparatı vurulub.

İlkin məlumata görə, Kyivdə ölənlər və dağıntılar olmayıb.

Ukraynanın paytaxtına hava hücumu üç saat davam edib və bu, Rusiyanın genişmiqyaslı işğala başlanmasından bəri Kyivə 820-ci hücum olub.

Bundan əlavə, vilayət administrasiyasının rəhbəri Sergey Lısak Dnepropetrovsk vilayətinin Nikopol və Sinelnikovski rayonlarına hücumlar barədə məlumat verib. Onun sözlərinə görə, nəticədə 4 fərdi yaşayış evi və məktəblərdən birinə ziyan dəyib. "Şüşələr sınıb, divarlar dağılıb," o bildirib.

Avqustun 2-nə keçən gecə də Rusiya qoşunları Ukraynaya pilotsuz uçan apparatla hücumlar həyata keçirib. Ölkə üzərinə 37 PUA buraxılıb. Onların əksəriyyəti Kyiv və Odessa vilayətlərinə yönəlib. Ukrayna Müdafiə Qüvvələri 11-i Odessa vilayəti üzərində olmaqla, 23 pilotsuz uçan apparatın vurulduğunu iddia edib.

Forum

XS
SM
MD
LG