Accessibility links

Rusiya prezidenti Ukraynanı kollektiv təhlükəsizliyə dair təşkilata dəvət edir


Cənab Medvedev bu açıqlamanı bu gün Kiyevdə iki ölkənin hökumətləri arasında illərlə gərginlikdən sonra münasibətlərin yaxşılaşdırılması məqsədilə Ukraynaya rəsmi dövlət səfərinin ikinci günü verib

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, o, Ukraynanı keçmiş sovet respublikalarının təhlükəsizlik blokunda görmək istərdi.

Cənab Medvedev bu açıqlamanı bu gün Kiyevdə iki ölkənin hökumətləri arasında illərlə gərginlikdən sonra münasibətlərin yaxşılaşdırılması məqsədilə Ukraynaya rəsmi dövlət səfərinin ikinci günü verib.

Rusiya prezidenti deyib ki, o, Ukraynanı Rusiyanın dominatlıq etdiyi Kollektiv Təhlükəsizliyə dair Müqavilə təşkilatında görmək istərdi.

Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olduğu təşilat birgə hərbi təlimlər keçirir və birgə sülhümühafizə missiyalarının genişləndirilməsinə çalışır.

Rusiya prezidentinin Ukraynaya səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanıb, iki prezident Moldovanın Dnestryanı regionunda münaqişənin həllinə dəstək verməsilə bağlı birgə bəyanat imzalayıb.

XS
SM
MD
LG