Accessibility links

ABŞ və Kanada G-20 danışıqlarında Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib


Rusiya maliyyə nazirinin müavini Timur Maksimov
Rusiya maliyyə nazirinin müavini Timur Maksimov

Qərbin maliyyə nazirləri cümə günü İndoneziyada keçirilən Böyük-20-lər (G-20) yığıncağında Moskvanın Ukraynanı işğalını pisləyib və Rusiya rəsmilərini müharibə zamanı törədilən vəhşiliklərdə əlləri olmaqda ittiham edib.

Bali adasındakı iki günlük görüş bazarları alt-üst edən, ərzaq qiymətlərini yüksəldən və kəskin inflyasiyaya səbəb olan Rusiya hücumunun kölgəsi altında, Moskvanın baş diplomatının forumun xarici işlər nazirləri ilə danışıqları tərk etməsindən bir həftə sonra başlayıb.

“Rusiya qlobal iqtisadiyyata mənfi təsirlərə görə məsuliyyət daşıyır” - deyə, ABŞ-ın maliyyə naziri Canet Yellen açılış sessiyasında Rusiya nümayəndə heyətinə bildirib.

O, “Rusiya rəsmiləri başa düşməlidirlər ki, onlar Putin rejiminə davamlı dəstəyi ilə bu müharibənin dəhşətli nəticələrini artırır. Həlak olan günahsız insanların məsuliyyətini siz də daşıyırsınız” deyib.

Kanadanın maliyyə naziri Kristia Friland da Rusiya nümayəndə heyətinə Ukraynaya işğalı dəstəklədiklərinə və “müharibə cinayətlərinə” görə cavabdeh olduqlarını deyib.

"Müharibə cinayətlərini törədənlər təkcə generallar deyil, müharibənin baş verməsinə və davam etməsinə imkan verən iqtisadi texnokratlardır" Friland deyib.

İclasda virtual olaraq həm Rusiyanın maliyyə naziri Anton Siluanov, həm də Ukraynanın maliyyə naziri Serhi Marçenko iştirak edib.

Moskva danışıqlarda şəxsən iştirak etmək üçün Rusiya maliyyə nazirinin müavini Timur Maksimovu göndərib. Danışıqlarda iştirak edən mənbənin sözlərinə görə, həm Yellen, həm də Frilandın Rusiyanı qınadığı vaxt o, iclasda iştirak edib.

İclasda əsas diqqət COVID-19 pandemiyasından sonra onsuz da qlobal bərpası zəif olan ərzaq və enerji böhranlarına yönəlib.

“(Rusiya Prezidenti Vladimir) Putinin kənd təsərrüfatı obyektlərinin dağıdılması, taxıl və kənd təsərrüfatı avadanlıqlarının oğurlanması, Qara dəniz limanlarının effektiv blokadası daxil da olmaqla, hərəkətləri ərzaqdan müharibə silahı kimi istifadə etməyə bərabərdir” - deyə, Yellen günortadan sonra keçirilən seminarda bildirib.

Büyük İyirmilər qrupu (G-20) ölkələrinin maliyyə nazirləri ilə görüşündən əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen və yaponiyalı həmkarı Suniçi Suzuki çərşənbə axşamı Ukraynada müharibə və azad ticarətdən tutmuş, davamlı enerji və ərzaq təhlükəsizliyinə qədər bir sıra məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Yellen Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı təsirli sanksiyaların vacibliyini vurğulayıb və Yaponiya və digər ölkələrin Moskvanın hərbi cəhətdən maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasını dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG