Accessibility links

"Greenpeace" Rusiya neftinin Norveçə çatdırılmasının qarşısını almağa çalışır


"Greenpeace" təşkilatının fəalları bazar ertəsi Ukraynadakı müharibəyə etiraz olaraq, özlərini zəncirlə gəmiyə bağlayaraq Rusiya neftini Norveçə daşıyan tankerin qarşısını almağa çalışıb.

Gəmiləri izləyən Marine Traffic-in bildirdiyinə görə, "Ust Luga" tankeri hazırda paytaxt Oslodan təxminən 70 km cənubda, Exxon Mobil şirkətinin Slagen neft terminalında lövbər salıb.

"Greenpeace"in bəyanatında deyilib ki, tankerə kiçik qayıqla yanaşan fəallar 95 min ton neftin olduğu təxmin edilən yükün boşaldılmasının qarşısını almaq üzün özlərini tankerin lövbər zəncirinə bağlayıb.

"Neft təkcə iqlim böhranını deyil, həm də müharibə və münaqişələrin böhranıdır. Putinin müharibəsini maliyyələşdirdiyini bildiyimiz Rusiya nefinin Norveçin limanında azad fəaliyyəti məni dəhşətə gətirir" - deyə, "Greenpeace"in Norveç bölməsinin rəhbəri Frode Pleym bildirib.

Qrup Norveç hökumətini Rusiya yanacağının idxalına qadağa qoymağa çağırıb və Exxon Mobil-in Norveç Esso bölməsinin Ukraynanın işğalından sonra Rusiyadan bu cür idxalla bağlı bütün müqavilələrini ləğv etməli olduğunu bildirib.

XS
SM
MD
LG