Accessibility links

Rusiya Odessa limanını vurub


Ukrayna rəsmilərinin çərşənbə günü bildirdiyinə görə, keçən gecə Rusiyanın pilotsuz təyyarə ilə hücumu Ukraynanın cənubundakı Odessa vilayətinin limanındakı taxıl infrastrukturuna ziyan vurub.

Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak Telegram kanalında bildirib ki, hücum Dunay çayı üzərindəki Reni limanını hədəf alıb.

Odessa qubernatoru Oleh Kiper Telegram kanalında hücumun Dunay çayı üzərindəki limandakı taxıl anbarlarına ziyan vurduğunu yazıb.

Kiper hücum nəticəsində itkilərin olmadığını və Ukrayna Hərbi Hava Qüvvələrinin Odessa səmasında Rusiyaya məxsus 11 pilotsuz təyyarəni vurduğunu bildirib.

Ukrayna ordusu Rusiyanın Odessa və Mikolayevi hədəf almaq üçün İran istehsalı olan "Şahed" pilotsuz təyyarələrindən istifadə etdiyini və Hava Hücumundan Müdafiə Qüvvələrinin keçən gecə ümumilikdə 13 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyarın dediyinə görə, Ukrayna qüvvələri ölkənin şərqindəki Donetsk vilayətinin Urojayne yaşayış məntəqəsini geri alıb.

Malyar Telegram kanalında "Urojayne azad edildi. Müdafiəçilərimiz ətraflarda möhkəmlənir" deyib.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü hava hücumundan müdafiə sistemlərinin Kaluqa vilayəti üzərində Ukraynanın üç pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Rusiya nazirliyi səhər tezdən həyata keçirilən hücum zamanı xəsarət alanların olmadığını və ya infrastruktura ziyan dəymədiyini bildirib.

Forum

XS
SM
MD
LG