Accessibility links

Rusiya hava hücumunda dronlardan istifadə edir


Ukraynanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Ukrayna hərbi qüvvələri Rusiyanın paytaxt Kyiv və ölkənin digər şəhərlərini hədəf alan hava hücumunda istifadə etdiyi İran istehsalı olan 35 Şahed pilotsuz təyyarəsindən 32-ni vurub.

Ukrayna Hərbi Hava Qüvvələri əsas diqqətin Kyiv bölgəsinə yönəldiyini bildirib.

Kyiv hərbi administrasiyasının rəhbəri Serhiy Popko Telegram kanalında pilotsuz təyyarələrin bir neçə dalğada gəldiyini və Kyivdə hava xəbərdarlığının üç saat davam etdiyini bildirib.

Ölənlər barədə dərhal məlumat verilmir.

Ukraynanın qərbindəki Lviv bölgəsində vilayət qubernatoru Maksim Kozitskiy Rusiyanın kritik infrastruktur obyektini vurmaq üçün dronlardan istifadə etdiyini deyib.

Zaporijjya rəsmiləri həmçinin Rusiyanın telekommunikasiya infrastrukturu və kənd təsərrüfatı sahələrinə raket zərbələri endirdiyini bildirib.

Ukraynanın yenidən qurulması

Ukrayna iqtisadiyyatını yenidən qurmaq məqsədilə “Yaşıl Marşal Planı”nın birinci mərhələsi üçün 40 milyard dollar vəsait tapmağa çalışır. Londonda çərşənbə günündən başlayaraq keçiriləcək iki günlük görüşdə siyasətçilər və investorlar Ukraynanın daş kömürdən istifadə edilməyərək dəmir və polad sənayesinin inkişaf etdirilməsi daxil olmaqla, qısamüddətli və uzunmüddətli iqtisadi yenidənqurma planını müzakirə edəcəklər.

Dünya Bankının məlumatına görə, Ukraynanın yenidən qurulması 400 milyard dollara başa gələcək ki, bu da ölkənin ümumi daxili məhsulundan üç dəfə çoxdur. Rusiyanın 2022-ci ilin fevralında işğalından sonra xarici donorlar müharibə zamanı Ukraynanı dəstəkləmək üçün ölkəyə 59 milyard dollar vəsait köçürüblər.

İki gün davam edəcək Ukraynanın Bərpası Konfransında müzakirə ediləcəyi gözlənilən məsələlərdən biri Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq ehtiyatlarının Ukraynaya verilib-verilməməsindən ibartətdir.

Britaniya bazar ertəsi Moskva Ukraynaya müdaxiləsinə görə kompensasiya ödəyənə qədər Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağa imkan verən qanun layihəsi təqdim edib.

Həm Respublikaçılar, həm də Demokratlar partiyasından olan ABŞ qanunvericiləri cümə axşamı Ukraynanın müsadirə edilmiş və dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Rusiyanın təcavüzünə qarşı mübarizəsini maliyyələşdirməsini asanlaşdıracaq qanun layihəsi təqdim ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG