Accessibility links

Rusiya qüvvələri Kyiv və Odesaya dronlarla hücum edib


Ukrayna rəsmiləri çərşənbə axşamı deyib ki, Rusiya qüvvələri Kyiv və cənubda Odesa limanına İran istehsalı Şahid dronları ilə hücum edib.

Ukrayna ordusu Rusiyanın ümumilikdə 26 dronun vurduğunu bildirib.

Kyiv bögləsinin rəsmiləri deyib ki, müdaxilə edilən dronların qalıqları bir neçə yaşayış binasına ziyan vurub.

Odesada bölgə qubernatoru Oleq Kiper deyib ki, iki dron limanda inzibati binanı vurub, havada vurulan dronların qalıqları isə yaxınlıqdakə taxıl terminalı və başqa bir terminalda yanğına səbəb olub.

Odesa BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna limanlarından kritik taxın ixracına imkan verən Qara Dəniz Taxıl Təşəbbüsü üçün vacib bir limandır.

Sövdələşmə həmçinin Rusiyadan ərzaq və gübrə ixracını əhatə edir. Rusiya sövdələşmənin ona düşən hissəsinin yerinə yetirilməməsindən şikayət edib və razılığı 17 iyuldan sonra uzadılması üçün heç bir əsasın olmadığını bildirib.

BMT bazar ertəsi təşəbbüsü 2022-ci ilin avqustunda həyata keçirlməyə başlayandan bəri Ukrayna limanlarında 32 milyon ton ərzaq mallarının ixrac edildiyini bildirib.

BMT bildirib ki, həmin ixraclar 45 ölkəyə çatıdırılb ki, onlar arasında Dünya Ərzaq Proqramı tərəfindən Əfqanıstan, Efiopiya, Keniya, Somali, Sudan və Yəməndə ehtiyacı olan insanlara çatdırılan buğda var.

Kaset bombaları

NATO-nun baş katibi Yebs Stoltenberq çərşənbə axşamı deyib ki, müttəfiqlər Ukrayna qüvvələrini çatışmazlıq şəraitində sursatla təmin etmək üçün əllərindən gələni etməlidirlər və hansı sursatları verəcəklərini ölkələr özləri müəyyən etməlidir.

Onun bunu ABŞ-ın Ukraynanı həm münaqişə dövründə, həm də daha sonra mülki vətəndaşlara törətdiyi təhlükə səbəbilə 100-dən çox ölkə tərəfindən qadağan olunan kaset bombaları ilə təmin etmək planları ilə bağlı suala cavab olaraq deyib.

Stoltenberq liderlər iki günlük NATO sammiti üçün Vilnüsda bir aray gəldikləri zaman danışıb və deyib ki, Ukraynadakı münaqişə “tükəndirmə müharibəsinə” çevrilib və sursat, yancaq, ehtiyat hissələrinə ehtiyac “çox böyükdür.”

O deyib ki, Rusiya ötən ilin fevralında hərbi müdaxiləyə başlayandan bəri kaset bombalarından istifadə olunur, ancaq Rusiya qüvvələrinin onlardan suveren bir ölkəni işğal etmək üçün istifadə etməsi ilə Ukraynanın onlardan özünü müdafiə etməsi üçün istifadə etməsi arasında fərq var.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG