Accessibility links

Rusiya raketləri Lviv aeroportunun yaxınlığını vurub, Mariupol teatrından sağ qalanlar çıxıb


Cümə günü bir neçə Rusiya raketi Ukraynanın qərbindəki Lviv hava limanı yaxınlığındakı ərazini hədəfə alıb.

Şəhər meri Andrey Sadovinin sözlərinə görə, hava limanı deyil, təyyarə təmiri obyekti zərbəyə məruz qalıb.

Ukraynanın Polşa ilə sərhədindən təqribən 80 kilometr aralıda yerləşən Lviv yaxınlığındakı hücumda ölənlər barədə dərhal məlumat verilməyib.

Hava limanını əhatə edən ərazidə böyük tüstü buludu görünüb.

Bu arada, çərşənbə günü Mariupolda,Rusiya raketlərinin vurulduğu teatrdan sağ qalanlar çıxmağa başlayıb.

Yüzlərlə insanın, o cümlədən uşaqların Dram Teatrına sığındığı güman edilir.

“Maxar” kosmik texnologiya şirkəti tərəfindən yayımlanan saytın peyk görüntülərində hələ bazar ertəsi teatrın qarşısındakı səkidə rus dilində yazılmış “uşaqlar” sözü görünür.

Hücumdan neçə nəfərin sağ qaldığı hələlik məlum deyil.

XS
SM
MD
LG