Accessibility links

Rusiyanın son zərbələri nəticəsində Ukraynada 3 nəfər ölüb, 17 nəfər yaralanıb


Xerson, Ukrayna. 1 iyul, 2023.
Xerson, Ukrayna. 1 iyul, 2023.

Ukrayna rəsmilərinin şənbə günü səhər verdiyi məlumata görə, Rusiyanın Ukraynanın cənub və şərq bölgələrinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb. Bu, İspaniya baş naziri Pedro Sançezin dəstək nümayişi olaraq Kyivə səfər etdiyi bir vaxta təsadüf edir.

Qubernator Pavlo Kirilenko şənbə günü bildirib ki cümə günü şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin şərqində üç nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Ukrayna Baş Qərargahı bildirir ki, şiddətli döyüşlər Donetskin üç ərazisində gedir və orada çox sayda Rusiya səgəri ərazini ələ keçirməyə çalışır. Rəsmilər sosial mediada bildirib ki, Baxmut, Liman və Marinkanın perimetrlərində toqquşmalar müşahidə edilir və Rusiyanın cümə günü orada irəliləyiş etmək cəhdi uğursuz nəticələnib.

Cümə günü və şənbə gününə keçən gecə cənubda Xerson bölgəsində biri uşaq olmaqla, beş nəfər yaralanıb. Bu barədə qubernator Oleksandr Prokudin deyib. Onun sözlərinə görə, Rusiya qüvvələri 82 artilleriya, dron, minaatan və raket zərbələri endirib.

Şimal-şərq Xarkiv regionunda isə cümə günü Rusiyanın zərbələri nəticəsində 57 yaşlı bir kişi yaralanıb. Bunu qubernator Oleh Sıniehubov deyib. Qərbdə Sumı bölgəsində isə yerli hərbi administrasiyanın məlumatına görə, Rusiya ilə sərhəddə bir yeniyetmə oğlan yaralanıb.

Döyüşlər şiddətləndiyi və Ukraynanın əks-hücum əməliyyatları davam etdiyi bir vaxt, hazırda Aİ prezidentliyini icra edən İspaniyanın baş naziri Sançez Aİ-nın Ukraynaya sarsılmaz dəstəyini vurğulayır, baxmayaraq ki, Ukrayna lideri Qərb silahlarının ölkəyə yavaş çatdırılmasından şikayətlənir.

Sançez Ukraynanı əmin edib ki, Avropa İttifaqı onları dəstəkləməyə davam edir. İspaniya baş naziri Twitter-də yazıb ki, “Biz Avropaya sülh qayıdanadək Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik.”

XS
SM
MD
LG