Accessibility links

Sürücüsüz ərzaq çatdırılması müştərilərə köhnə yaxşı vaxtları xatırladır


Sürücüsüz ərzaq çatdırılması müştərilərə köhnə yaxşı vaxtları xatırladır
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Avtonom idarəetmə texnologiyası onlayn alış-verişi daha rahat edir. Bu həm də xidməti təklif edən şirkətə məsrəfləri əhəmiyyətli dərəcədə aşağı salmağa yardımçı olur. Hal-hazırda məhdud sayda insanlara əlçatan olsa da, ekspertlər bu xidmətin yaxın gələcəkdə geniş yayılacağını proqnozlaşdırır.

Dükana gedib ərzaq almaq əvəzində, Maurin Blaskoviç alış-verişi online etməyə üstünlük verir. İstədiyi şeyləri sifariş etdikdən sonra, ona yalnız ərzaqın çatdırılmasını gözləmək qalır.

Sürücüsüz maşın müştərinin evinin yerləşdiyi məkanı GPS sensorları, radar və kameralar vasitəsilə tapır. Sifarişin edildiyi ünvana çatmaqdan öncə isə müştəriyə bildiriş və kod göndərilir. Kod sifarişi götürmək üçün lazımdır.

Bu xidmət AutoX tərəfindən idarə edilir. AutoX ərzaq çatdırılmasını populyarlaşdırmağa çalışan şirkətlərdən biridir. Hal-hazırda bu xidmət yalnız şirkətin Kaliforniyanın San Xose şəhərindəki qərargahı yaxınlığında yaşayan insanlar üçün açıqdır.

Cyuil Li, AutoX şirkətinin baş direktoru: “Biz iki növ ərzaq alış-verişi təklif edirik. Hər ikisi də onlayandır və sürücüsüz çatdırılır. Bu bizə məsrəfləri əhəmiyyətli dərəcədə aşağı salmağa kömək edir. Ya da ki, maşın dayananda, siz yaxınlaşıb, pəncərədən sizə lazım olan ərzağı ala bilərsiniz.”

Çox erkən sınaq mərhələsi olduğunda mühəndislər də maşında oturur. Bu ona görə edlir ki, maşının naviqasiya sistemində nasazlıq olsa və ya başqa təhlükəli vəziyyət yaransa, maşını insan idarə edə bilsin.

Blaskoviç yeni xidmətdən çox razıdır. Lakin yeni texnologiya ona köhnə vaxtları xatırladır.

Maurin Blaskoviç, AutoX müştərisi: “Keçmişdə süd və ya çörək satıcısı evinin önünə gələrdi. İndi də sanki həmin günlərdəki kimi mobil dükan sənin evinin önünə gəlir və sən dükana getmədən ərzaq ala bilirsən.”

Xidmət Blaskoviç kimi müştərilərə imkan verir ki, dükana getmək əvəzinə, evdə qalıb digər əhəmiyyətli işlərlə məşğul ola bilsin.

XS
SM
MD
LG