Accessibility links

Sürücüsüz robotik qayıqlar [Video]


Sürücüsüz robotik qayıqlar
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Yollarda sürücüsüz maşınlara rast gəlmək mümkündürsə, suda nə üçün sürücüsüz qayıqlar olmasın?

USV, yəni Sürücüsüz Su Nəqliyyat Vasitəsi Florida sularında sınaqdan keçirilir.

Qayıq əngəllərlə üzləşincə, onların nə olduğunu və həcmini müəyyən edib, onlardan yayınmaq üçün manevr etməlidir.
Satyandra Qupta

Uzaqdan idarə olunan digər qayıqlar kimi bu katamaran da sahildə sürücü tərəfindən idarə oluna bilir.

Lakin komanda həmçinin qayığı avtonom rejimə qoya, yoluna isə əngəllər yerləşdirə bilər ki, qayığın müstəqil şəkildə çətin vəziyyətdən necə çıxacağını yoxlasın.

“Qayıq əngəllərlə üzləşincə, onların nə olduğunu və həcmini müəyyən edib, onlardan yayınmaq üçün manevr etməlidir”- deyə, Cənubi Kaliforniya Universitetindən Satyandra Qupta bildirir.

Sürücüsü olan USV-lər körpülərin təftişini, ətraf mühitin yoxlanışını, eləcə də axtarış və xilasetmə işlərini təkmilləşdirir, avtonom USV ilə isə daha da çox iş görmək mümkündür.

“Biz onları avtonom edəndən sonra, sadəcə nəzarət edə bilərik. Beləcə onlarla xilasetmə və axtarış işləri ilə yanaşı həm də yük daşıya və ya dağıntıları təmizləyə bilərik”, Qupta deyir.

Hər bir avadanlıqla olduğu kimi, əgər onu idarə etmək asan olmasa, ondan geniş istifadə olunmayacaq
Karl Von Ellenrieder

Komanda üzvləri deyir ki, onlar Milli Elm Fondunun dəstəyi ilə həyata keçirdikləri bu layihədə təhlükəli və vaxt aparan işləri minimal nəzarət ilə yerinə yetirəcək robotlar hazırlamaqla insanların imkanlarını artırır.

“Açığını desək, elə işlər var ki, onları insanlar etməlidir. Eyni zamanda isə robotları daha təhlükəli yerlərə göndərmək olar. Hər bir avadanlıqla olduğu kimi, əgər onu idarə etmək asan olmasa, ondan geniş istifadə olunmayacaq. Amma ondan istifadə nə qədər rahat olsa, avadanlıq bir o qədər çox geniş yayılacaq”, Flroida Atlantik Universitetindən Karl Von Ellenrieder söyləyir.

Təqdiqatçılar ümid edir ki, bir gün robotik qayıqlar suda iş görməyi daha səmərəli, təhlükəsiz və ucuz edəcək.

XS
SM
MD
LG