Accessibility links

Səfir Hantsman Tramp və Putin arasında mümkün zirvə görüşü haqda danışıb


ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman deyib ki, prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında hər hansı bir görüşə “hələ çox var”.

Bazar günü Fox tele kanalına müsahibə verən Hantsman bildirib ki, əgər belə bir sammit keçirilsə bu haqda məlumat veriləcək, “prezident vaxtı çatanda nə demək lazımdırsa onu deyəcək”.

Hantsman bu açıqlamaları Ağ Ev rəsmilərinin Tramp və Putin arasında zirvə görüşünün keçirilməsi üzərində iş apardığı haqda məlumatlardan sonra verib.

Planla bağlı məlumatı olan mənbələrə əsasən, zirvə görüşünün əsas məqsədi iki ölkə arasında uzun zamandır mövcud olan fikir ayrılıqlarının müzakirə edilməsindən ibarətdir.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammiti çərçivəsində görüş zamanı, 7 iyul, 2017
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammiti çərçivəsində görüş zamanı, 7 iyul, 2017

Tramp Putinlə sammitin keçirilməsi fikrinə açıq olduğunu bildirib. ABŞ kəşfiyyatı Putinin 2016-cı ildə Trampın demokrat rəqibi Klinton üzərində qələbə çalmasına kömək məqsədilə ABŞ prezident seçkilərinə müdaxilə edilməsinə göstəriş verdiyi haqda nəticə çıxarıb.

Tramp dəfələrlə Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını istədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bundan öncə keçən il iyul ayında Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammiti çərçivəsində və noyabr ayında Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində görüşüb.

Səfir Hantsman deyib ki, müzakirə aparmaq üçün ABŞ-ın milli maraqlarına uyğun olan məsələlər gündəmdə olmayana qədər Tramp Putinlə danışıqlara getməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG