Accessibility links

Sərhəd divarı mübahisələri hökümətin bağlanması ilə nəticələnə bilər


Sərhəd divarı mübahisələri hökümətin bağlanması ilə nəticələnə bilər
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Sərhəd divarı mübahisələri hökümətin bağlanması ilə nəticələnə bilər

Prezident Tramp tərəfindən Ağ Ev üçün ənənəvi olmayan bəyanat səsləndirilib.

"Fəxr edirəm ki, sərhəd təhlükəsizliyinə görə hökuməti bağlayacağam" - deyə, Donald Tramp bildirib.

Prezidentin dediyinə görə, Meksika ilə sərhəd divarı Mərkəzi Amerikadan gələn miqrantları dayandıracaq. Demokratlar isə deyir ki, sərhəd divarı bahalı və effektsiz olacaq.

"Bizim müzakirəmiz nəyin işlədiyini, hansı pulun xərcləndiyini və nə qədər təsirli olduğunu edəcək sübutların üzərində qurulmalıdır. Bu ölkənin təhlükəsizliyi haqqındadır." - deyə, Nümayəndələr Palatasının azlıq demokrat lideri Nensi Pelosi.

İctimai müzakirə onu sübut edir ki, büdcənin qəbuluna doqquz gün qalmış partiyalardan heç biri güzəştə getmək istəmir.

"Biz prezidentə iki yol göstərdik və onların hər biri həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq əldə etməyə kifayət edər və hökümət də bağlanmaz. Biz ümid edirik ki, o bununla razılaşar. Çünki, hökümətin bağlanması çoxlu günahsız insanı incidə bilər." - deyə, Demokrat senator Çak Şumer bildirib.

Demokratlar sərhəd təhlükəsizliyi üçün Trampa 1,3 milyard dollar təklif ediblər. Lakin, respublikaçılar bunun kifayət olmadığını deyir. Prezident divarın maliyyələşməsi də daxil 5 milyard dollar istəyir.

"İndiki azlıq və bir ay sonra Nümayəndələr Palatasında çoxluq olacaq partiyanın sərhəd təhlükəsizliyinə qarşı olması gülüncdür. Biz sərhədin təhlükəsiz olmasını istəyirik. Amma bilirsiniz ki, istənilən qanun layihəsinin Senatdan keçməsi üçün 60 səs lazımdır." - deyə, Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib

Bu o deməkdir ki, Respublikaçılar Senatı idarə etsələr də büdcənin qəbulu üçün onlara Demokratların səsləri lazımdır.

Qanunvericilər bayram tətilinə çıxmağa hazırlaşsalar da qarşıda siyasi təlatümlərin olacağını gözləyirlər.

"Heç bir prezident höküməti bağlamadığına görə fəxr etdiyini deməməlidir." - Çak Şumer.

"Höküməti kimin balamasından asılı olmayaraq Amerika xalqı bunu sevmir." - deyə, Senatın çoxluq respublikaçı lideri Mitç Makkonnel bildirib.

Mühüm xidmətlərin gecikdirilməsi və ölkədə milyonlarla insana təsir edəcək hökümətin qismən bağlanması 2018-ci ildə baş verəcək üçüncü belə hadisə olacaq.

XS
SM
MD
LG