Accessibility links

Səudiyyə Ərəbistanında qadın haqları fəalı həbsə məhkum edilib


Səudiyyə Ərəbistanının məhkəməsi tanınmış qadın hüquqları müdafiəçisi Lucayn Əl-Hətlulu 6 ilə qədər həbs cəzasına məhkum edib.

Dövlət Sabq xəbər agentliynin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının anti-terror məhkəməsi Əl-Hətlula qarşı dəyişikliyə təşviq etmək, xarici gündəmi dəstəkləmək və internetdən istifadə etməklə ictimai asayişə zərər vermək kimi ittihamlar irəli sürüb.

Əl-Hətlul kişilərin qadınlar üzrəndəki nəzarətinə son qoyulması və qadınlara artıq icazə verilən avtomoibil sürmələri kimi islahatlara çağırırdı. Keçən il hökumət kişilərin qadınlara nəzarət qaydalarını yüngülləşdirdi və qadınların pasport almasına və səyahət etməsinə icazə verdi.

Əl-Hətlul azı on səudiyyəli qadın hüquqları müdafiəçisi ilə birlikdə 2018-ci ildən bəri həbsdədir.

Onun ailəsi deyib ki, fəal işgəncələrə məruz qaldığını inkar etdiyi təqdirdə vaxtından əvvəl azad edilməsini rədd edib. Məhkəmə onun tələblərinin qarşılanması üçün heç bir dəlil olmadığını bildirib.

Məhkəmə qərarı BMT insan haqları mütəxəssisləri, insan haqları qrupları, ABŞ və Avropa İttifaqı millət vəkillərinin tənqidlərinə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG