Accessibility links

Səudiyyə Ərəbistanı: Camal Xaşuqcinin İstanbuldakı konsulluqda öldürülməsi böyük yanlışlıqdır


Səudiyyə Ərəbistanı jurnalist Camal Xaşuqci​nin İstanbuldakı konsulluqda öldürülməsini böyük yanlışlıq adlandırıb.

Xarici işlər naziri Adel Əl-Cübeyr deyib ki, agentlər bunu səlahiyyətlərini aşaraq etdiklərini bildirərək, qətli "özbaşına əməliyyat" kimi qiymətləndirib.

Nazir Xaşuqci​nin ailəsinə başsağlığı verib, lakin yazarın hansı yolla öldürüldüyü barədə heç nə deməyib.

"Göründüyü kimi böyük səhvə yol verilib. Bu səhvi dərinləşdirən isə onun ört-badır edilməsidir. Bu heç bir hökumətin qəbul edəcəyi iş deyil" , Əl-Cübeyr əlavə edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından Camal Kaşıkçının ölümünə dair izahat tələb edib. O, ortada kələk və yalan olduğunu deyib.

Beynəlxalq ictimaiyyət də səudiyyəli jurnalist Camal Xaşuqcinin bu ölkənin İstanbuldakı konsulluğunda qətlini ittiham edib və faktla bağlı hərtərəfli istintaq aparmağa çağırıb.

ABŞ, Kanada və Avropa İttifaqı Səudiyyə hakimiyyətinin jurnalistin ölümü ilə bağlı açıqlamasından narazılıq bildirib.

Jurnalist Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedib, lakin oradan heç vaxt çıxmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG